General Şarl de Qollun nəvəsi: "Bu həbsin məqsədi alternativ informasiya vasitələrini boğmaqdır"

27
Avq
00:18
thumb_down 0

"Telegram" mesencerinin təsisçisi Pavel Durovun həbsinin şərtləri aydın deyil, lakin bunun alternativ informasiya vasitələrini boğmaq cəhdi olduğu açıq-aydın görünür"

seher.media "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu general Şarl de Qollun nəvəsi Pyer De Qoll deyib.

"Son hadisələr bizim indi nə qədər informasiya müharibəsi ilə üzləşdiyimizi göstərir. Cənab Durovun həbsinin şərtləri bəlli deyil, lakin indi aydındır ki, bu həbsin məqsədi alternativ informasiya vasitələrini boğmaqdır", - Qoll bildirib.