Araq məclisində oturan qadını öldürdülər: Cinayət baş verən evdən GÖRÜNTÜLƏR

27
Avq
00:36
thumb_down 0

Sabirabadda qadın qətlə yetirilib.

Bu gün təxminən saat 15 radələrində rayon ərazisində 49 yaşlı Rəna İmanovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 17 yaşlı Ramal Qurbanlının tanışı Rəna İmanovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Qonşuların sözlərinə görə, hadisə yeyib içmək məclisində baş verib. Hər iki şəxsin spirtli içki qəbul etdiyi bildirilir. Sonra aralarında yaranan mübahisə zamanı yeniyetmə qadını öldürüb.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanaraq, istintaq aparılır. Ramal Qurbanlı iş üzrə şübhəli şəxs qismində tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Araq məclisində oturan qadını öldürdülər: Cinayət baş verən evdən GÖRÜNTÜLƏR

Araq məclisində oturan qadını öldürdülər: Cinayət baş verən evdən GÖRÜNTÜLƏR

Avqustun 26-da saat 15 radələrində Sabirabad rayonu ərazisindəki evlərin birində 1975-ci il təvəllüdlü Rəna Rafiq qızı İmanovanın kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

seher.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü Ramal Raiz oğlu Qurbanlı polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

İlkin məlumata görə, cinayət əməli tamah məqsədilə törədilib.

Faktla bağlı araşdırma aparılır.