Soçidə daşqın: Maşınlar su altında qaldı

27
Avq
11:36
thumb_down 0

Rusiyanın Soçi şəhərində güclü yağışlar daşqına səbəb olub.

Bu barədə seher.media Sochi-news.net nəşrinə istinadən xəbər verir.

Məlumata görə, daşqın nəticəsində onlarla avtomobil su altında qalıb. Xosta və Adler rayonlarında yağıntının miqdarı daha çox olub.

Həmçinin gələn səkkiz təyyarə alternativ aerodromlara yönləndirilib.