ABŞ-də "Rivian" zavodunda baş verən yanğında 50-dən çox elektrik avtomobili yanıb

28
Avq
08:54
thumb_down 0

ABŞ-də xətti yalnız elektromobillərdən ibarət olan "Rivian" şirkətində yanğın baş verib.

seher.media xəbər verir ki, bu barədə "The Drive" məlumat yayıb.

Müxtəlif hesablamalara görə, yanğın zamanı 50-dən 60-a qədər "R1S" krossoveri və "R1T" pikapına zərər dəyib, lakin yanğın istehsalat binalarına təsir etməyib. Yanğının səbəbləri hələ də araşdırılır.

İlkin məlumatlara görə, yanğının mənbəyi Çikaqo yaxınlığında yerləşən zavodun ərazisindəki avtomobil dayanacaqlarından biri olub. Burada avtomobillər müştərilərə göndərilmək üçün hazır vəziyyətdə saxlanılıb.

Səbəbin elektromobilin bord sistemində yaranan qısaqapanma olduğu hələlik təsdiqini tapmayıb. Lakin məlumdur ki, 30-a yaxın zədələnmiş avtomobili bərpa etmək mümkün deyil, digərləri isə ciddi təmir tələb edir.

Yanğının səbəbinin elektrik avtomobilinin akkumulyatoru olmadığına dolayı sübut onun operativ şəkildə söndürülməsidir - təcili yardım xidmətləri təxminən iki saat ərzində yanğının öhdəsindən gələ biliblər. Bir qayda olaraq, elektrik avtomobillərində istilik proseslərini dayandırmaq üçün daha uzun müddət tələb olunur.