Paşinyan xaricdəki diplomatik nümayəndəliklərin rəhbərlərini istefaya çağırıb

28
Avq
13:18
thumb_down 1

Dünən Dilicanda Ermənistanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri rəhbərlərinin illik seminarı başlayıb, onun açılışında ölkənin baş naziri Nikol Paşinyan, prezident Vaaqn Xaçaturyan və baş nazirin müavinləri iştirak ediblər.

seher.media xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazır.

Rəsmi açıqlamaya görə, çıxışında Nikol Paşinyan Ermənistanın xarici siyasətinin prioritet məsələlərinə və çağırışlarına toxunub. Baş nazirin çıxışından sonra xarici siyasət gündəliyində duran məsələlər, mövcud problemlər və onların həlli imkanları müzakirə olunub.

Baş nazir Administrasiyası görüşün təfərrüatını, hətta Paşinyanın çıxışından fraqmentlər təqdim etməyib, baxmayaraq ki, əvvəllər onun çıxışları ictimaiyyətin diqqətinə çatdırılırdı.

"Mənbələr bildirirlər ki, Paşinyan əvvəlcə Ermənistanın üzləşdiyi geosiyasi proseslər və çağırışlar haqqında fikirlərini təqdim edib. Daha sonra, yumşaq desək, səfirləri açıq mətnlə Ermənistanın çətin dövrə girdiyini, ona görə də qeyri-standart qərarlar qəbul etmək məcburiyyətində qalacaqlarını bildirərək seçim qarşısında qoyub. Bildirib ki, əgər kimsə sadiq əsgər kimi hakimiyyətin göstərişlərinə əməl etmirsə, onların siyasətini rəhbər tutmursa, indidən istefa ərizəsi yaza bilər. Mənbəmiz istisna etməyib ki, bəzi səfirlər yaxın vaxtlarda dəyişdirilə, bəziləri öz istəyi ilə gedə bilərlər, bəzilərini Paşinyanın özü dəyişdirəcək", - deyə qəzetdə bildirilir.