Rusiya Xersona dronlarla hücum edib - azərbaycanlı ağır yaralanıb

29
Avq
12:18
thumb_down 0

Rusiya ordusu Ukraynanın Xerson şəhərinə yenidən dronlarla hücumlar edib.

"Report" xəbər verir ki, hücum nəticəsində dron zərbələrindən biri yolda hərəkət edən azərbaycanlının avtomobilinin üzərinə düşüb.

Əslən Azərbaycanın Lənkəran şəhərindən olan Cəlil Qafur oğlu Rzayevin avtomobili tamam yanıb, özü isə ağır yaralanıb. Hazırda həmyerlimiz Xerson xəstəxanasında reanimasiyadadır. Vəziyyəti kritik ağırdır.