Parlament seçkisinin nəticələrinin açıqlanacağı vaxt MƏLUM OLDU

29
Avq
18:54
thumb_down 0

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkisinin nəticələrinin nə zaman açıqlanacağı barədə məlumat verib.

Bizim.media xəbər verir ki, Məzahir Pənahov MSK-nın bugünkü iclasında diqqətə çatdırıb ki, səsvermə günü ilkin nəticələri operativ verməyə çalışırlar.



"Sentyabrın 1-də səsvermə günü ilkin nəticələr operativ çatdırılacaq. Bu seçkidə də çalışacağıq ki, ilkin nəticələri həmin gecə çatdıraq. Bu, ilkin nəticələr olacaq, yekun deyil. İki gün ərzində dairələrdən protokollar bizə veriləcək", - deyə Məzahir Pənahov vurğulayıb.