Mehriban Əliyeva Sabir Zeynalovu bürünc medal qazanması münasibətilə təbrik edib

29
Avq
23:36
thumb_down 0

Birinci vitse-prezident Mehriban Əliyeva Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanmış Azərbaycan parataekvondoçusu Sabir Zeynalovu təbrik edib.

seher.media xəbər verir ki, Mehriban Əliyeva bu barədə "Instagram" hesabında yazıb:

"Parataekvondoçu Sabir Zeynalov Paris-2024 Yay Paralimpiya Oyunlarında Azərbaycana ilk medalı qazandırdı! Bürünc mükafatçını səmimi-qəlbdən təbrik edir, milli yığmamızın bütün üzvlərinə güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!"