Türkiyə "F-16"ları Misirə göndərəcək

30
Avq
06:18
thumb_down 0

Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk ölkəsinin Misirə iki "F-16" qırıcı təyyarə göndərəcəyini açıqlayıb.

seher.media Türkiyə KİV-ə istinadən xəbər verir ki, Z.Aktürk bu barədə jurnalistlər üçün təşkil edilən brifinqdə deyib.

"Misirdə sentyabrın 3-dən 5-dək keçiriləcək sərgidə Türkiyənin iki "F-16" qırıcı təyyarəsi nümayiş etdiriləcək", - deyə Zəki Aktürk vurğulayıb.