Yəməndə yanacaqdoldurma məntəqəsində güclü partlayışlar: Ölənlər və yaralananlar var

31
Avq
09:36
thumb_down 0

Yəmənin Ədən şəhərində yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

seher.media-ın "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə yerli səhiyyə orqanları və hakimiyyət orqanlarındakı mənbələrdən məlumat verilib.

Bildirilib ki, partlayış nəticəsində azı 3 nəfər ölüb, 15 nəfər yaralanıb.

Həmçinin qeyd edilib ki, Əl-Mənsur bölgəsindəki yanacaqdoldurma məntəqəsində yanacaq çəninin partlaması nəticəsində yanğın baş verib.

Yaralananların çoxunun vəziyyəti ağırdır, bəziləri reanimasiya şöbələrinə yerləşdirilib.

Yanğın artıq söndürülüb. Polis hadisənin başvermə şəraitini araşdırır.