Seçki günü təcili yardım gücləndirilmiş rejimdə işləyəcək

1
Sen
08:18
thumb_down 0

"Azərbaycan Respublikasının Milli Məclisinə təyin edilən növbədənkənar seçkidə təcili yardım hər bir çağırışa çevik cavab vermək üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək".

seher.media xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, seçki məntəqələrində təcili və təxirəsalınmaz tibbi yardım briqadaları xidmətə tam hazır vəziyyətə gətirilib:

"Bununla əlaqədar, artıq cədvəllər tərtib olunub, dairə və məntəqə seçki komissiyalarında çalışanların, eləcə də vətəndaşların sağlamlığının qorunması, çağırışların dərhal icra olunması üçün operativ həkim briqadaları yaradılıb".