Növbədənkənar parlament seçkisi: Saat 10:00-a olan seçici fəallığı açıqlandı

1
Sen
10:54
thumb_down 0

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkisi üzrə səsvermədə saat 10:00-a olan seçici fəallığı açıqlanıb.

seher.media xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.

İndiyədək seçicilərin 9,92 faizi səsvermə hüququndan istifadə edib.

Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar parlament seçkisi keçirilir.

125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır.

Seçki saat 08:00-da başlayıb və saat 19:00-a qədər davam edəcək.

Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.

Əzizə İsmayılova

Bu gün Azərbaycanda növbədənkənar parlament seçkisi keçirilir.

seher.media xəbər verir ki, 125 deputat mandatı uğrunda 990 namizədin mübarizə apardığı seçkidə saat 08:00-da səsvermə başlayıb və saat 19:00-a qədər davam edəcək.

Qeyd edək ki, Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.

Bu gün Azərbaycanda növbədənkənar parlament seçkisi keçirilir.

seher.media xəbər verir ki, seçkidə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır.

Seçki marafonunda mübarizə aparan namizədlərin faiz nisbəti ilə yaş qruplarına bölgüsü aşağıdakı kimidir:

18-39 yaş - 39,4%

40-59 yaş - 43%

60 yaş və yuxarı - 17,6%.

Gender bölgüsünə əsasən isə namizədlərin faiz nisbəti ilə say bölgüsü belədir:

Qadın - 26,4%

Kişi - 73,6%.

990 namizədin 308 nəfəri 25 siyasi partiyanın nümayəndələridir.

Bununla yanaşı, Milli Məclisə seçkidə ölkə üzrə 6 477 seçki məntəqəsi fəaliyyət göstərir. Məntəqələrdən 6 343-ü daimi, 134-ü isə müvəqqətidir. Bu məntəqələrdən 54-ü işğaldan azad edilən ərazilərdədir. Həmçinin, həmin ərazilərdə 42 mindən çox seçici var. Ümumilikdə isə Azərbaycanda hazırda 6 421 073 nəfər seçici var.

Onu da qeyd edək ki, 1 000 məntəqədə veb-kameralar quraşdırılıb və bu, ölkənin bütün coğrafiyasını əhatə edir. Bütün proseslər kameralar vasitəsilə qeydə alınacaq.

Seçkini 112 min 749 yerli, 604 nəfər isə beynəlxalq müşahidəçi izləyəcək.