Türkiyə, İraq və Suriyada 19 terrorçu məhv edildi - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ

1
Sen
15:54
thumb_down 0

İraq və Suriyanın şimalında 17, Türkiyənin Mardin əyalətində isə iki terrorçu zərərsizləşdirlib.

seher.media xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi və daxili işlər naziri Əli Yerlikaya məlumat verib.

Müdafiə Nazirliyi bildirib ki, Silahlı Qüvvələr İraqın Qara, Metina və "Pençe-Kilit" antiterror əməliyyat bölgəsində PKK terror qruplaşmasının 15, Suriyanın şimalında, Münbiç bölgəsində isə PKK/YPG terror qruplaşmasının iki silahlısını məhv edib.

Daxili işlər naziri Əli Yerlikayanın sözlərinə görə, Türkiyənin Mardin əyalətinin Nusaybin rayonunda keçirilən "GÜRZ-11" antiterror əməliyyatı nəticəsində iki terrorçu zərərsizləşdirilib.