Vlada Galan: "Nyu-Yorkdakı baş qərargah məlumatları emal edir, hesablayır və Azərbaycana qaytarır"

1
Sen
16:18
thumb_down 0

"Azərbaycanda 875 seçki məntəqəsi var. Hər seçki məntəqəsində bizim 2 sorğugötürən nümayəndəmiz var. Məntəqələrdə təmsil etdiyimiz təşkilatın toplam olaraq 1750 sorğugötürəni fəaliyyət göstərir".

Bunu seher.media-a açıqlamasında ABŞ-nin "Oracle Advisory Group" təşkilatının təmsilçisi Vlada Galan deyib.

O bildirib ki, saat 11 üçün 21 min sorğu aparılıb:

"Bizim sahə üzrə 40 nəzarətçimiz var. 20 data operatorumuz fəaliyyət göstərir. Onlar məlumatları qəbul edib Nyu-Yorka göndərirlər. Nyu-Yorkdakı baş qərargah ofisi həmin məlumatı emal edir, hesablayır və Azərbaycana qaytarır. Prosesin 19:45-də bitməsi gözlənilir. Amma proses sorğualanların cavab vermə sürətindən asılı olaraq dəyişə və 20:00-20:30-a kimi uzana bilər".

Məhərrəm Əliyev