Netanyahu Qəzzada öldürülən rusiyalının valideynlərindən üzr istədi

1
Sen
17:36
thumb_down 0

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında yeraltı tuneldə cəsədi aşkarlanan rusiyalı Aleksandr Lobanovun ailəsinə zəng edərək, onu xilas edə bilmədiklərinə görə üzr istəyib.

Bu barədə oxu.az rbc.ru-ya istinadən xəbər verir.

"Sizə nə qədər təəssüfləndiyimi söyləmək və Saşanı sağ-salamat qaytara bilmədiyim üçün üzrxahlıq diləmək istəyirəm", - Netanyahu deyib.

Qeyd edək ki, Netanyahunun hərbi müşaviri Roman Hoffman Qəzzada saxlanılan girovlarla bağlı razılaşmanı təşviq etmək üçün Moskvaya səfər edib. İsrailin baş naziri bu barədə Lobanovlar ailəsinə məlumat verib.