Türkiyə ilə Misir arasında 18 sənəd imzalandı

4
Sen
18:54
thumb_down 0

Türkiyə ilə Misir arasında 18 sənəd imzalanıb.

seher.media Türkiyə KİV-inə istinadən xəbər verir ki, sənədlər müxtəlif sahələri əhatə edir.

Həmçinin Türkiyə ilə Misir arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Mexanizminə dair saziş imzalanıb.

Müqavilələr Misir Prezidenti Əbdülfəttah əs-Sisinin Türkiyəyə səfəri çərçivəsində bağlanıb.

Misir Prezidenti Əbdülfəttah əs-Sisinin Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfəri başlayıb.

seher.media bu barədə Türkiyə KİV-nə istinadən xəbər verib.

Qeyd olunur ki, Əbdülfəttah əs-Sisini hava limanında R.T.Ərdoğan qarşılayıb.

İki liderin görüşündə Qəzzadakı münaqişə və sülh səylərinin müzakirə olunacağı, həmçinin Türkiyə-Misir Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclasının keçiriləcəyi bildirilib.

Eyni zamanda bir sıra sazişlərin imzalanacağı gözlənilir.

Qeyd edək ki, bu, Misir prezidentinin 12 ildən sonra Türkiyəyə ilk səfəridir.

Türkiyə ilə Misir arasında 18 sənəd imzalandı

Türkiyə ilə Misir arasında 18 sənəd imzalandı