Portuqaliyada 12 yaşlı oğlan məktəbdə altı nəfəri bıçaqladı

18
Sen
05:35
thumb_down 0

Portuqaliyada məktəbdə 12 yaşlı oğlanın hücumundan sonra ən azı 6 azyaşlı bıçaqlanıb.

seher.media bu barədə TASS-a istinadən xəbər verir.

Məlumata görə, oğlan Azambuja ərazisində yaşadığı məktəbin şagirdlərinə bıçaqla hücum edib. Zərərçəkənlər 11-14 yaş arası yeniyetmələrdir. Onlardan biri ağır, beşi isə yüngül xəsarət alıb.

Hücum edənin motivləri hələlik məlum deyil.