Türkiyədə turist avtobusu aşdı: 20 nəfər yaralandı

22
Sen
11:00
thumb_down 0

Türkiyənin Tarsus-Adana-Qaziantep (TAG) avtomobil yolunun Osmaniye-Qaziantep arasındakı hissəsində idarəetmədən çıxan tur avtobusu aşıb.

seher.media bu barədə Haber Global-a istinadən məlumat verir.

Qorxunc qəzada yaralanan 20 nəfər xəstəxanaya aparılıb.

Qəzaya sürücünün sükan idarəetməsini itirməsi səbəb olub. Hadisə nəticəsində o da yaralananlar arasındadır.

İnsidentin detalları araşdırılır.