Bu Şanlı, bu Qanlı tarixi UNUTMADIQ, UNUTMARIQ !!!

27
Sen
16:51
thumb_down 0

Azərbaycan tarixinin yeniləndiyi gündən 4 il ötür... Şəhid qanı ilə suvarılan torpaqlara ayaq basmaq daha böyük məsuliyyət tələb edir. O torpaqlar şəhidlərin bizə əmanətidir. Biz and içmişik bir daha düşmana boyun əyməyəcəyik!!!

Ölkə başçımız cənab İLHAM ƏLİYEVİN yumruğu ətrafında toplaşan Azərbaycan xalqı o gün azadlığımız uğrunda canından keçməyə sorğu-sualsız razı oldu. ZƏFƏR tarixinin ilk sətirləri yazıldı 2020-nin bu günündə... TORPAQ uğrunda ölən varsa, VƏTƏNDİR.

Ötən yalnız illər oldu... Nə yaramızın ağrısı ötmədi, nə də niskilimiz bitmədi... İki gözümüzlə şahidlik etsək də, işğaldan azad olan torpaqlara qovuşmaq xəbəri bir gözümüzü sevinc göz yaşlarına bürüsə də, şəhid xəbərləri digər gözümüzlə bərabər ürəyimizi də qan ağlatdı...

Zaman keçsə də, qaysaq bağlamayan ŞƏHİD yaramıza məlhəm tapmaq çətindir. İndi il 2024... Şəhidlər Xiyabanı, Fəxri Xiyabanlar, hər rayonun, qəsəbənin Şəhidlər Xiyabanı, Şəhidlərin uyuduğu məkanlar ilin 365 günü ziyarət olunur... hələ məzarı tapılmayan ŞƏHİD dərdimiz də var... hələ məzarı NAMƏLUM qalanlar da var... Elə bir şəhid məzarı yoxdur ki, unudulsun...

Bizim Qan Yaddaşımıza yazılan 27.09.2020 tarixi bütöv Azərbaycanın qurulması üçün başlanğıc tarixidir !!!

Baş redaktor: SONA İNTİZAR