Azərbaycanda kreditlərlə bağlı YENİLİK olacaq

23
Okt
13:00
thumb_down 0

"Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə məsafədən kreditləşmənin tənzimlənməsini planlaşdırır".

"Report" xəbər verir ki, bunu qurumun Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin şöbə rəisi Xəyyam İsmayılov Bakıda keçirilən "Dayanıqlı mikromaliyyə üçün innovativ həllər" mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib.

"Bu istiqamətdə beynəlxalq təcrübə araşdırılır və yerli prioritetlər nəzərə alınmaqla məsafədən kreditləşmənin ümumi şərtləri müəyyən ediləcək. Əsas məqsəd istehlakçıların hüquqlarının qorunması və onların izafi borclanmasının qarşısının alınmasıdır", - deyə o qeyd edib.