Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə səhər saatlarında Lənkəran-Boradigah-Masallı yolunda, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb.
“Opel” markalı minik avtomobili həmin kəndin sakini, 1991-ci il təvəllüdlü Xeyrəddin Sübhan oğlu Rəcəbovu vurub. X.Rəcəbov aldığı xəsarətlərdən ölüb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.