Türkiyənin "məsum" aktrisası Seda Sayanın oğlu ilə görüntüləndi: Eşq tətilindən fotolar

16
İyl
02:54
thumb_down 0

Məşhur türkiyəli aktrisa İlayda Alişan yeni paylaşımı ilə gündəm olub.

Tanınmış müğənni Seda Sayan və keçmiş futbolçu Sinan Enginin oğulları olan Oğulcan Enginlə bir müddətdir eşq yaşayan aktrisa İtaliya tətilindən fotolarını izləyiciləri ilə bölüşüb.

Münasibətlərini gözlərdən uzaq yaşamağa üstünlük verən məşhur cütlük İtaliyada tətildədir.

"Coldplay", dondurma və bir az daha Roma", - deyə İlayda Alişan paylaşımlarına şərh yazıb.

"Coldplay" qrupunun konsertinə gedən cütlüyə İtaliyada Acun İlıcalının qızı Banu İlıcalı və həyat yoldaşı Efe Ceyhun da yoldaşlıq ediblər.

"Ağ-qara fotolar... Rəngli xatirələr", - deyə Oğulcan Engin paylaşımlarında bildirib.

Xatırladaq ki, bir neçə il əvvəl İlayda Alişanın baş rolunu oynadığı və sevgilisi tərəfindən şiddətə məruz qalan məsum qız obrazını canlandırdığı "Masumiyet" serialı böyük izləyici kütləsi toplamış və rəğbət qazanmışdı.

Mənbə: NTV.com.tr