Yolu keçmək istəyən iki azyaşlı xəstəxanalıq oldu

22
Avq
08:36
thumb_down 0

Bakının Xətai rayonunda azyaşlıların xəsarət alması ilə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib.

"Report" un məlumatına görə, qəzalar zamanı yolu keçmək istəyən 2016-cı il təvəllüdlü A.Hüseynovanı və 2017-ci il təvəllüdlü N.Bağırlını avtomobil vurub.

Yaralılar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.