Dənizdə batan Kənan Qurbanov skripka ifaçısı imiş

22
Avq
01:54
thumb_down 0

Pirşağıda dənizdə batan şəxslə bağlı bəzi detallar məlum olub.

seher.media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Belə ki, 1997-ci il təvəllüdlü Kənan Vaqif oğlu Qurbanov avqustun 19-u ailəsi ilə istirahət məqsədilə Pirşağı çimərliyinə gedib. Ailəsi onun itkin düşdüyünü axşamüstü öyrənib və dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına məlumat veriblər.

Qeyd edək ki, Kənan Qurbanov subay olub və skripka ifaçısı idi.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub və Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb ediliblər.

seher.media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Hazırda batdığı ehtimal olunan 1997-ci il təvəllüdlü Kənan Vaqif oğlu Qurbanovun axtarışları dalğıclar tərəfindən davam etdirilir.

Əlavə məlumat veriləcək.

Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində bir nəfər dənizdə batıb.

seher.media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.