Gülləkeçirməz şüşə arxasında ilk mitinq: Tramp tərəfdarlarına ümid verdi

21
Avq
23:54
thumb_down 0

ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Şimali Karolinada seçkiqabağı mitinqdə iştirakçılara müraciət edib.

seher.media xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Qeyd olunur ki, siyasətçi gülləkeçirməz şüşə arxasında, ona qarşı edilən sui-qəsd cəhdindən sonra ilk açıq hava tədbirini keçirib.

"76 gün sonra biz bu ştatda qalib gələcəyik və Ağ Evi geri alacağıq" , - Tramp tərəfdarlarına bildirib.

Qeyd edilir ki, gülləkeçirməz panellər səhnə boyunca qoruyucu divar yaradıb. Agentlik snayperlərin sayı da daxil olmaqla, tədbirdə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini vurğulayır.

Xatırladaq ki, iyulun 14-də ABŞ-nin keçmiş prezidentinin Pensilvaniyada keçirilən mitinqi atışma ilə başa çatıb.