Balakəndə bazar ərazisində yanğın olub

30
Noy
20:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Balakəndə bazar ərazisində yanğın baş verib.

APA-nın məlumatına görə, axşam saat 19:30-da Balakən şəhərində fəaliyyət göstərən bazar ərazisindəki ümumi sahəsi 25 kv/m olan tikiş evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Hazırda yanğın məhdudlaşdırılıb, soyutma işləri aparılır.