Naxçıvanda qəza: Xəsarət alan var

5
Dek
01:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində Babək rayon Nehrəm qəsəbə kənd sakini 1977-ci il təvəllüdlü Səkinə Mərhəmət qızı Mirzəyeva xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.