HƏMAS nümayəndəsi girovların azad edilməsi barədə: “Bir neçə təklif irəli sürülüb, lakin...”

25
Dek
17:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Fələstinin HƏMAS hərəkatı İsrail Qəzzada hərbi əməliyyatları dayandırmayana qədər girovların azad edilməsi üzrə danışıqlarda iştirak etməyəcək”.

Bu sözləri HƏMAS-ın xarici əlaqələr şöbəsinin rəhbəri Əli Barakaya deyib.

HƏMAS-ın Livandakı nümayəndəsinin sözlərinə görə, girovların azad edilməsi ilə bağlı bir neçə təklif irəli sürülüb, lakin ilk növbədə İsrail Qəzza zolağında əməliyyatları dayandırmalıdır.

“HƏMAS son bir-iki həftə ərzində hər hansı atəşkəs təklifini rədd edib və bu məsələdə bütün müqavimət qruplarının mövqeyi birdir: əməliyyat dayandırılmalı, nəzarət-buraxılış məntəqələri açılmalı və yaralılar çıxarılmalıdır”, - deyə o əlavə edib.

Mənbə: “Yedioth Ahronoth”