CAR İsraildən Beynəlxalq Məhkəməyə şikayət edib

29
Dek
23:00
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cənubi Afrika Respublikası (CAR) İsrailin Qəzza zolağındakı hərəkətlərinin soyqırım kimi qiymətləndirilməsi ilə bağlı Haaqada yerləşən BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib.

Bu barədə CAR-ın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Müvafiq ərizə 29 dekabr 2023-cü ildə Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edilib. Məhkəmədən tələb olunub ki, müvafiq sənədin qəbulu ilə İsrailin Soyqırım Konvensiyasından irəli gələn öhdəliklərin pozulmasını dərhal dayandırmasını təmin etsin”, - məlumatda deyilir.

Xarici İşlər Nazirliyi qeyd edib ki, respublika dəfələrlə bütün mülki şəxslərə, o cümlədən israillilərə qarşı hər hansı zorakılıq və hücumları pisləyib.

Mənbə: TASS