İran və Əfqanıstan ticarətdə ABŞ dollarından imtina edəcək

30
Dek
23:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tehran Əfqanıstana mallarını ABŞ dolları əvəzinə İran rialı ilə satacaq.

Bu barədə İran Mərkəzi Bankının sədri Məhəmməd Rza Fərzin məlumat verib.

O qeyd edib ki, Əfqanıstandan olan tərəfdaşları da rialda ödəniş etməkdə maraqlıdırlar.

“İran Mərkəzi Bankı normativ baza hazırlayıb və artıq 1-2 bank bu planı həyata keçirməklə məşğuldur”, - Məhəmməd Rza Fərzin əlavə edib.

Mənbə: Sputnik Əfqanıstan