Xaçmazda yaşlı qadının meyiti tapılıb

31
Dek
03:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaçmaz şəhərində 82 yaşlı qadının meyiti tapılıb.

“Report” xəbər verir ki, hadisə şəhərin Qaqarin küçəsində baş verib.

Belə ki, 1941-ci il təvəllüdlü Məleykə Arzuman qızı Şərifovanın meyiti yaşadığı mənzilin hamam otağında aşkar olunub.

Onun dəm qazından öldüyü ehtimal edilir.

M.Şərifovanın meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırılma aparılır.