Almaniyada heyvan haqları fəalları ilə sirk işçiləri arasında dava düşüb, xəsarət alanlar var - VİDEO

31
Dek
07:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyanın Visbaden şəhərində heyvan haqları fəalları ilə sirk işçiləri arasında dava düşüb.

Davaya heyvan haqları fəallarının sirkə girişə mane olması səbəb olub.

Heyvan haqları fəalları bildiriblər ki, tamaşaçılar sirkə bilet almaqla heyvanların əsarət altına saxlanılmasına dəstək vermiş olurlar.

Bu aksiya sirk işçilərinin xoşuna gəlməyib və məsələ əlbəyaxa dava ilə yekunlaşıb.

İnsident nəticəsində üç nəfər xəsarət alıb.

Mənbə: Bild