Rusiyada qəribə qərar: Uşaq sahibi olmaq istəyən tələbələrə pul ödəniləcək

8
Mar
06:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Sverdlovsk vilayətindəki kollec və texniki məktəblərin tələbələri təhsil aldıqları müddətdə uşaq dünyaya gətirmək üçün maddi yardım ala biləcəklər.

Qeyd olunur ki, Regionun qubernatoru Yevgeni Kuyvaşevin qərarı ilə birdəfəlik ödəmə şəklində yeni dəstək tədbiri qəbul edilib. Bu, yalnız dövlət kolleclərinin və texniki məktəblərin tələbələrinə aiddir. Ödənişin miqdarı fərdi olaraq müəyyən ediləcək.

Əvvəllər maddi dəstək üçün sağlamlıq imkanları məhdud tələbələr, dövlət sosial yardımı alanlar müraciət edə bilərdilər. Tədbir bir və ya iki valideynini itirmiş şəxslərə də şamil edilib.

2024-cü ildə tələbələrə təhsil müəssisələrinə maliyyə dəstəyi göstərmək üçün regional büdcədən 53 milyon rubldan çox vəsait ayrılıb. Yeni ödənişlər üçün bu puldan vəsait ayrılacaq.

Mənbə: octagon.media