Bakıda yolu keçən kişini avtomobil vurub

17
Mar
03:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Xətai rayonunda 62 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report” xəbər verir ki, 1962-ci il təvəllüdlü Fərman Ağababa oğlu Ağayev yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.