Moskvadakı dəhşətli terrorda yaralananların sayı artıb

24
Mar
14:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Səhiyyə Nazirliyinin Moskva vilayəti şöbəsi martın 22-də “Crocus City Hall” konsert zalında baş vermiş terror aktı nəticəsində Moskva və Moskva vilayətinin tibb müəssisələrində xəstəxanaya yerləşdirilən zərərçəkənlərin siyahısını yeniləyib.

Ümumilikdə siyahıya 154 soyad daxil edilib.

Belə ki, üç zərərçəkmiş artıq Moskva yaxınlığındakı xəstəxanalardan buraxılıb, lakin 107 nəfər stasionar müalicədə, daha 44 nəfər isə ambulator müalicədədir.

Xatırladaq ki, martın 22-də “Crocus City Hall”a silahlı hücum nəticəsində qeyri-rəsmi məlumatlara görə 150 nəfər həlak olub.

Mənbə: TASS