Macarıstanda ralli avtomobili tamaşaçılara çırpılıb, ölənlər və yaralananlar var - VİDEO

24
Mar
23:00
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Macarıstanda ralli avtomobili yoldan çıxaraq bir qrup tamaşaçıya çırpılıb, nəticədə dörd nəfər ölüb, səkkiz nəfər yaralanıb.

Qəza Macarıstanın şimal-qərbindəki Dunay çayı yaxınlığındakı Labatlan və Bayot şəhərləri arasında yarış zamanı baş verib.

Macarıstan Milli Təcili Yardım Xidmətinin məlumatına görə, hadisə yerinə səkkiz təcili yardım maşını və dörd helikopter göndərilib. Biri uşaq olmaqla iki nəfər ağır, biri uşaq olmaqla altı nəfər isə daha yüngül xəsarətlərlə xəstəxanaya çatdırılıblar.