Cəlilabadda qəza: Xəsarət alanlar var

25
Apr
21:00
thumb_down 0

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Şabanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, VAZ-2106 markalı minik avtomobilinin yolun kənarındakı ağaclara çırpılması nəticəsində iki nəfər xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.