ABŞ-də “dünyanın ən ağıllı milyarderi” vəfat etdi

12
May
00:36
thumb_down 0

Sağlığında “investisiya əfsanəsi” kimi qəbul edilən “Renaissance Technologies” fondunun təsisçisi Cim Saymons 86 yaşında vəfat edib.

Onun yaratdığı fond sahibkarın ölüm xəbərini rəsmi olaraq təsdiqləyib.

Massaçusets riyaziyyatçısı Saymons 1982-ci ildə “Renaissance Technologies” investisiya şirkətini qurub. O, birjada alqı-satqı üçün riyazi alqoritmdən istifadə edib və bunun sayəsində maliyyə sərvətini milyarda çatdırıb.

“The Economist” Saymonsu bütün zamanların ən uğurlu investoru kimi tanıdıb. Onu “milyarderlərin ən ağıllısı” da adlandırırdılar.

Mənbə: mk.ru