Şoyqu yeni vəzifəyə təyin edildi

12
May
22:54
thumb_down 0

Rusiya Prezidenti Vladimir Putin “Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi haqqında” fərman imzalayıb.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Sergey Kujugetoviç Şoyqu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi təyin edilsin”, - sərəncamın mətnində qeyd olunub.

Sənəd imzalandığı gündən qüvvəyə minir.

Mənbə: interfax.ru