Hatayda daşqınlara görə məktəblərdə dərslər dayandırıldı - FOTO/VİDEO

13
May
14:54
thumb_down 0

Güclü yağışlar Türkiyənin Hatay vilayətində daşqınlarla nəticələnib. Bu səbəbdən məktəblərdə dərslər dayandırılıb.

Bu barədə vilayətin qubernatoru Mustafa Masatlı bildirib.

Onun sözlərinə görə, regionda yağışlar davam edir.

“Son məlumata görə hər kvadratmetrə 20 litr yağıntı düşüb. Yağışla əlaqədar olaraq böhran mərkəzi yaradılıb”, - deyə o vurğulayıb.

Mənbə: Ntv.tr