Polşalı fermerlər Seymin binasında aclıq aksiyasına başlayıblar

13
May
17:54
thumb_down 0

Polşada Orka kənd təsərrüfatı istehsalçıları təşkilatının fermerləri Seymin (parlamentin aşağı palatası) binasında aclıq aksiyasına başladıqlarını elan ediblər.

“Biz aclıq aksiyasına başlayırıq və Baş nazir Donald Tusk bizimlə görüşənə qədər aksiyanı dayandırmayacağıq”, - deyə etirazçıların lideri Mariuş Borovyak bildirib.

Onun sözlərinə görə, Varşavaya yalnız Polşanın baş naziri ilə görüşmək üçün gələn aclıq elan edən insanlar ancaq su içəcəklər.

“Küçədəki hər hansı bir şəxs bizim maraqlarımızı ondan daha yaxşı təmsil edər”, - deyə Borovyak əlavə edib.

Mənbə: TASS