Azərbaycandakı diplomatik korpus nümayəndəlikləri xalqımızı təbrik edir

28
May
10:36
thumb_down 0

"Azərbaycan dövlətinə və xalqına daim sülh, rifah və tərəqqi arzu edirik".

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı rəsmi "X" hesabındakı paylaşımında deyib.

"Bu gün qardaş Azərbaycan Respublikasının müstəqilliyinin 106-cı ildönümüdür. Bu əlamətdar gün münasibətilə bütün qardaşlarımızı ürəkdən təbrik edir, Azərbaycan dövlətinə və xalqına daim sülh, rifah, tərəqqi arzu edirik", - paylaşımda bildirilib.

10:11

"Meksika Azərbaycanla ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə sadiqdir".

Bu barədə Meksika səfirliyinin Azərbaycanın Müstəqillik Günü münasibətilə "X" sosial şəbəkəsində yerləşdirilmiş təbrikində deyilir.

"Biz Azərbaycan xalqını və hökumətini Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edir və ikitərəfli münasibətlərin möhkəmlənməsinə sadiq olduğumuzu bir daha təsdiqləyirik", - paylaşımda qeyd edilib.

Həmçinin Polşa səfirliyi də Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

Bu barədə diplomatik nümayəndəliyin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

"Azərbaycanın Milli Bayramı - Müstəqillik Günü münasibətilə Polşanın Bakıdakı səfirliyi Azərbaycan xalqına sülh, firavanlıq və ən xoş arzularını bildirir. Müstəqillik gününüz mübarək!", - paylaşımda qeyd edilib.

10:06

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

Bu barədə o, "X" hesabında videomüraciət yayıb.

"Bu gün Azərbaycan xalqı ilə birlikdə Azərbaycanın Müstəqillik Gününü qeyd edirik! Bir kərə yüksələn bayraq, bir daha enməz!", - deyə səfir qeyd edib.