"TikTok"da qeyri-etik paylaşımlar edən şəxs həbs olunub

11
İyn
16:18
thumb_down 0

"TikTok" sosial şəbəkəsində cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən seher.media-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən görülən tədbirlərlə bu əməllərə yol verən 1996-cı il təvəllüdlü Müşfiq Sərhəngov saxlanılıb.

Müvafiq qərarla M.Sərhəngov inzibati qaydada həbs edilib.