İki uşaq anası olan 29 yaşlı qadın intihar etdi

12
İyn
09:18
thumb_down 0

Gəncədə intihar hadisəsi baş verib.

seher.media xəbər verir ki, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb.

Qəsəbədə yaşayan 1995-ci il təvəllüdlü Tükəzban Aslanova yaşadığı evin həyətində olan yarımtikilidə özünü asıb.

Qadının meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb. Onun hansı səbəbdən intihar etməsi məlum deyil. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, T.Aslanova ailəli olub, 2 övladı var.

Aytac Qasımova