Bakıda kollecin ərazisində yanğın olub

18
İyn
17:54
thumb_down 0

Bakıda, Bakıxanov qəsəbəsində yerləşən Bakı Neft-Energetika Kollecində yanğın olduğu bildirilir.

seher.media xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) sorğu ünvanladıq.

Nazirliyin Mətbuat Xidməti seher.media-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.

"Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinin həyətində 300 kvadratmetr sahədə quru ot sahəsi yanıb. Yanğın FHN qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb", - deyə məlumatda bildirilib.

Əzizə İsmayılova