Tovuzda avtomobilin traktoru ötmə istəyi faciə ilə sonlandı: Xəsarət alanlar var

19
İyn
21:54
thumb_down 0

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

seher.media xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb.

VAZ-21011 markalı avtomobil "Belarus" markalı traktoru ötmək istəyərkən onun təkərinə dəyərək idarəetməni itirib və yol kənarındakı işıq dirəyinə çırpılıb.

Hadisə nəticəsində VAZ-21011 markalı avtomobildə olan sərnişinlər, Hunanlar kənd sakinləri - 77 yaşlı Güllü Alıyeva və onun bacısı Salatın Abdullayeva xəsarət alıblar.

Onlar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.