Azərbaycanda məktəb yanır: Yanğınsöndürən texnikalar cəlb edildi

20
İyn
01:18
thumb_down 0

Şəkidə məktəbin istifadə olunmayan korpusunda yanğın baş verib.

"Report"un məlumatına görə, güclü yanğın Turan qəsəbə tam orta məktəbinin istifadəyə yararsız, bir müddətdir tədris keçirilməyən korpusunda qeydə alınıb.

Hadisə yerinə Şəki Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.

Hazırda ikimərtəbəli məktəb korpusunun söndürülməsi istiqamətində işlər aparılır.

Azı üç yanğınsöndürən texnikasının cəlb olunduğu bildirilib.