Birinci Qarabağ müharibəsində itkin düşmüş, şəxsiyyəti müəyyənləşdirilən səkkiz şəhid dəfn ediləcək

25
İyn
16:18
thumb_down 0

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən səkkiz şəhidin dəfn ediləcəyi yer və tarix məlum olub.

"Report"un əldə etdiyi məlumata görə, iyunun 27-də Hörmət Beytulla oğlu Baratov, Şahlar Hüseynağa oğlu Ağayev və Adıgözəl Əmirsoltan oğlu Qasımovun cəsədlərinin qalıqları Xaçmazda dəfn olunacaqlar.

Elə həmin gün Ucar Fidail oğlu Zeynalovun qalıqları Göygöl, Əhliman Vahid oğlu Əsgərovun cəsədlərinin qalıqları isə Şəmkirdə dəfn ediləcəklər.

İyunun 28-də isə digər şəhidlər - Elman Xurşud oğlu Cavadov Sumqayıt Şəhidlər xiyabanında, Yasin Şakir oğlu Əbdürəhmanov Ağdaş rayonunun Qaracan-Şıxlar kəndində, Fəqan Misir oğlu Yaqubov isə Tərtər rayonunun Sarıcalı kəndində torpağa tapşırılacaqlar.