Abşeronda yolu keçən piyada qadını avtomobil vurub

26
İyn
09:36
thumb_down 0

Abşeron rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Xırdalan şəhərində yolu keçən 1987-ci il təvəllüdlü Aytən Balakişi qızı Kərimovanı avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.