Masazırda gənc qız hamamda boğuldu

26
İyn
10:54
thumb_down 0

Abşeronda gənc qız dəm qazından boğulub.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, Səidə Vasif qızı Məmmədova yaşadığı evin hamamında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.